...

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına qoyulan investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Oktyabr 2024 11:20 (UTC +04:00)
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına qoyulan investisiyaların həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına artıq 118 milyon manatdan çox investisiya qoyulub və təxminən 500 daimi iş yeri yaradılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov jurnalistlərə bildirib.

"Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Hazırda Ağdam Sənaye Parkının 60 faizdən çox ərazisi artıq sahibkarlara verilib. Ümumilikdə 41 sahibkarlıq subyekti rezident statusu alıb, daha 5 subyekt isə bu 2 zonada qeyri-rezident statusu əldə edib.

Bu 46 müəssisədən gözlənilən ümumi investisiya həcmi 390 milyon manatdan çox olacaq, yaradılacaq daimi iş yerlərinin sayı isə 4000-dən çoxdur. Hazırda Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına artıq 118 milyon manatdan çox investisiya qoyulub və təxminən 500 daimi iş yeri yaradılıb. Xüsusilə Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyətə başlayıb, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 1 müəssisə fəaliyyət göstərir", - o qeyd edib.

Onun sözlərinə görə, bu şirkətlər elektrik paylama avadanlıqları, beton transformatorlar, dam və fasad örtükləri, ventilyasiya sistemləri, metal məmulatlar istehsal edir, həmçinin, kənd təsərrüfatı texnikası və yük avtomobilləri üçün texniki xidmət göstərir.

"İstehsal olunan məhsullar azad olunmuş ərazilərdə tikintidə fəal istifadə olunur və qismən digər ölkələrə ixrac edilir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti