...

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 9%-dən çox artıb

İqtisadiyyat Materials 3 Dekabr 2024 11:45 (UTC +04:00)
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 9%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 5 milyard 701 milyon 706 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 496 milyon 686 min ABŞ dolları və ya 9,5% çoxdur.

Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,01%-ni təşkil edib.

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 942 milyon 426 min ABŞ dolları (1 il əvvələ nisbətən 14,5% çox), Belarusla 403 milyon 960 min ABŞ dolları (47,7% çox), Qazaxıstanla 393 milyon 831 min ABŞ dolları (38,7% çox), Ukrayna ilə 380 milyon 145 min ABŞ dolları (33,3% çox ), Türkmənistanla 337 milyon 715 min ABŞ dolları (52,5% az), Özbəkistanla 196 milyon 122 min ABŞ dolları (37,2% çox), Qırğızıstanla 33 milyon 981 min ABŞ dolları (28,7% az), Moldova ilə 8 milyon 342 min ABŞ dolları (37,02% az), Tacikistanla 5 milyon 177 min ABŞ dolları (0,11% az) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti