...

Mərkəzi Bankda investisiyaların təşviqini dəstəkləyən təşəbbüslər müzakirə edilib

İqtisadiyyat Materials 5 Dekabr 2024 17:36 (UTC +04:00)
Mərkəzi Bankda investisiyaların təşviqini dəstəkləyən təşəbbüslər müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə maliyyə bazarlarının inkişaf tendensiyalarını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Mərkəzi Bankda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Azərbaycan İnvestisiya Holdinqinin rəhbər şəxsləri ilə görüşdük.

Görüş zamanı “Azərbaycan İnvestisiya Holdinqinin və onun müəssisə portfelinin korporativ idarəetmə icmalı”nın nəticələri ətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, maliyyə bazarlarının inkişaf tendensiyalarını, investisiyaların təşviqini dəstəkləyən mühüm təşəbbüsləri və mümkün əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti