Almatı. Trend:
Mərkəzi Asiyanın rifahı üçün “Nexus” problemlərinin həlli həlledici əhəmiyyətə malikdir.
Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Qazaxıstanın Almatı şəhərində keçirilən “Mərkəzi Asiyada tərəfdaşlıq: qlobal çağırışlara lokal problemlərin prizmasından baxış” mövzusunda sessiya zamanı bildirib.
“Hazırda region suvarma suyu ehtiyatlarının 40 faizini, içməli suyun isə 50 faizdən çoxunu itirir. AİB hesab edir ki, “Nexus” problemlərinin həlli Mərkəzi Asiyanın rifahı üçün həlledici əhəmiyyət daşıyır”, – deyə N.Podquzov qeyd edib.
O, bu məsələnin kompleks yanaşma tələb etdiyini vurğulayıb.
“Suvarma suyu çatışmazlığını 5-12 min kvadrat kilometr ərazidə həll etmək lazımdır. Ötən il ərzində Mərkəzi Asiyada bu istiqamətdə çox işlər görülüb.
İkincisi, regionda 10 milyon insana təhlükəsiz içməli suya çıxışı təmin etmək vacibdir”, – N.Podquzov bildirib.
Onun sözlərinə görə, artan enerji tələbatını qarşılamaq üçün regionun hidroenerji potensialını inkişaf etdirmək lazımdır.
“Bütün bu problemlərin həlli region haqqında dərin biliklər, unikal layihə ekspertizası, əhəmiyyətli kapital yatırımları və əməkdaşlıq tələb edir”, – deyə Nikolay Podquzov əlavə edib.