Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 6,9 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,2 bənd çoxdur.
Eyni zamanda cari ilin yanvarın 1-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu, aylıq müqayisədə 2,5 bənd, ilin əvvəlinə nisbətən 3,6 bənd, illik müqayisədə isə 3,7 bənd çoxdur.