...

“Ağdam” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb

İqtisadiyyat Materials 11 Fevral 2025 11:08 (UTC +04:00)
“Ağdam” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

Trend bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Bildirilib ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Təmir müddətində gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, baş mühərriklər və müxtəlif təyinatlı nasoslar sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər görülüb.

Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHF partlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı (LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.

Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb. Hazırda “Ağdam” Ələt limanından Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənib.

Məlumat üçün bildirək ki, uzunluğu 154.3 metr, eni 18.3 metr olan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12.5 uzeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti