...

Ötən il dövlət satınalmalarına dair 2 mindən çox protokol ləğv edilib

İqtisadiyyat Materials 11 Fevral 2025 15:25 (UTC +04:00)
Ötən il dövlət satınalmalarına dair 2 mindən çox protokol ləğv edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində satınalan təşkilatlardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 15 min 704 yekun protokol təhlil edilib.

Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 2 min 259 yekun protokol Dövlət Xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 14,4%-ni təşkil edir.

"Satınalma proseslərinin düzgün, şəffaf və qanuni əsaslarla həyata keçirilməsi istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən görülən tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti