...

Azərbaycanın qeyri-neft-qaz sektoru 1% böyüyüb

İqtisadiyyat Materials 13 Fevral 2025 12:52 (UTC +04:00)
Azərbaycanın qeyri-neft-qaz sektoru 1% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Azərbaycanda 9430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti