Bakı. Trend:
Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Trend xəbər
verir ki, bu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin
Gürcüstana işgüzar səfəri çərçivəsində baş tutub.
Belə ki, səfər çərçivəsində Baş nazirin birinci müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş
keçirilib.
Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli
əməkdaşlıq, o cümlədən dəmiryolu ilə sərnişindaşıma məsələləri
müzakirə olunub.
Eyni zamanda yüklərin Çindən Avropa istiqamətinə və geriyə
daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə
dair fikir mübadiləsi aparılıb.