...

Azərbaycanda yeni ASAN Xidmət mərkəzlərinin yaradılmasına ehtiyac var? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat Materials 26 Fevral 2025 12:41 (UTC +04:00)
Azərbaycanda yeni ASAN Xidmət mərkəzlərinin yaradılmasına ehtiyac var? - Rəsmi AÇIQLAMA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ bölgəsi istisna olmaqla Azərbaycanda yeni ASAN Xidmət mərkəzlərinin yaradılmasına ehtiyac yoxdur.

Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

"Ümumiyyətlə, artıq 28 ASAN Xidmət mərkəzi regionlarda vətəndaşlarımıza xidmət edir. Əlavə 10 səyyar avtobus hər il ASAN-nın olmadığı müxtəlif bölgələrə səyahət edərək xidmət göstərir. Bu xidmət ölkəni tamamilə əhatə etdiyinə görə digər ASAN Xidmət mərkəzlərinin yaranmasına ehtiyac yoxdur", - o bildirib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti