...

Bakıda Mərkəzi-Baltika regional bizes forumu keçiriləcək

İqtisadiyyat Materials 4 Mart 2025 12:02 (UTC +04:00)
Bakıda Mərkəzi-Baltika regional bizes forumu keçiriləcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Mərkəzi-Baltika regional biznes forumu keçiriləcək.

Trend xəbər verir ki, bu barədə B2B Forumunda etdiyi çıxışda Latviyanın ticarət-sənaye palatasının Avropa İttifaqı layihələri departamentinin direktoru Liqa Siçyova danışıb.

“Bu ilin oktyabr ayında Bakıda vacib tədbir - Mərkəzi-Baltika regional biznes-forumu keçiriləcək. Bu müxtəlif ölkələrin bizneslərini birləşdirən iri bir hadisə olacaq. Bu il biz eyni zamanda Estoniya və Finlandiyada iki biznes-forum keçirəcəyik”, -deyə o bildirib.

L.Siçyova vurğulayıb ki, “Caspian Energy Club” la əmkdaşlıq çərçivəsində Azərbaycana Mərkəzi-Baltika regionundan ticarət missiyası üçün daha perspektivli biznes-tərəfdaşların dəvət olunması, və paralel olaraq Latviya, Estoniya və Finlandiyay a səfərlər planlaşdırlıb.

Qeyd edək ki, Bakıda Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafı üzrə B2B forumu keçirilir. Tədbir “LEF Network Azerbaijan” layihəsi çərçivəsində, “Caspian Energy Club”un təşkilatı dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti