...

Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard dollar artıb

İqtisadiyyat Materials 18 Mart 2025 13:30 (UTC +04:00)
Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard dollar artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 2,7 milyard ABŞ dolları artıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742.4 milyon ABŞ dolları), portfel investisiyaları (700.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,3 milyard ABŞ dolları) hesabına formalaşıb.

Qeyd edək ki, 2023-cü il üzrə ölkənin xalis maliyyə aktivləri 3,3 milyard ABŞ dolları artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1,9 milyard ABŞ dolları), portfel investisiyaları (-11.4 milyon ABŞ dolları) və digər investisiyalar (1,4 milyard ABŞ dolları) hesabına formalaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti