...

Azərbaycan Türkiyəyə neft ixracını 5 dəfədən çox azaldıb

İqtisadiyyat Materials 21 Aprel 2025 14:20 (UTC +04:00)
Azərbaycan Türkiyəyə neft ixracını 5 dəfədən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 24 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 12 milyon ABŞ dolları təşkil edib.

Birinci rübdə Türkiyəyə ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 90 min ton və ya 4,8 dəfə, dəyər ifadəsi ilə 49,8 milyon ABŞ dolları, yaxud da 5,2 dəfə azalıb.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycandan Türkiyəyə 114 min ton miqdarında, 61,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 6,011 milyon ton, dəyəri isə 3,337 milyard ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 411 min ton və ya 7,3%, dəyər ifadəsi ilə 153 milyon ABŞ dolları, yaxud da 4,4% azdır.

Ötən ilin birinci rübündə Azərbaycandan ixrac olunmuş itumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 5,6 milyon ton, 3,490 milyard ABŞ dolları idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti