...

Bu icra ödənişinin məbləği 10 dəfəyədək artırılır

İqtisadiyyat Materials 20 May 2025 12:00 (UTC +04:00)
Bu icra ödənişinin məbləği 10 dəfəyədək artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

Təklif edilən dəyişikliyə əsasən, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat miqdarında icra ödənişi alınacaq.

Mövcud qanunvericiliyə əsasən, qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 11 manat, borclu hüquqi şəxsdən isə 55 manat miqdarında icra ödənişi alınır.

Bundan əlavə, xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti