...

Hesablama Palatası ilə Albaniya Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 20 May 2025 12:31 (UTC +04:00)
Hesablama Palatası ilə Albaniya Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyanın paytaxtı Tiranada səfərdədir. Səfər Albaniya Ali Audit Orqanının (AAO) yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak məqsədi daşıyır.

Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Albaniya AAO-nun rəhbəri Arben Şehu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı çıxış edən Arben Şehu Azərbaycan nümayəndə heyətini salamlamaqdan məmnun olduğunu bildirib. O, Azərbaycan Respublikası Hesablama Palatası ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Vüqar Gülməmmədov səmimi dəvətə görə təşəkkürünü bildirib, Hesablama Palatasının yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Səfər zamanı iki qurum arasında dövlət auditi üzrə müxtəlif fəaliyyətlər, o cümlədən data analitikası, institusional potensialın gücləndirilməsi və əməkdaşların peşəkar inkişafı üzrə əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Hər iki qurumun rəhbərləri sənədin davamlı və məhsuldar tərəfdaşlıq üçün mühüm əsas yaradacağına, eləcə də auditin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti