...

AMB-nin Beynəlxalq Valyuta Fondu qarşısında öhdəlikləri azalıb

İqtisadiyyat Materials 23 May 2025 12:27 (UTC +04:00)
AMB-nin Beynəlxalq Valyuta Fondu qarşısında öhdəlikləri azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondu (BVF) qarşısındakı öhdəliklərinin həcmi 1,175 milyard manat təşkil edib.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 37 milyon manat və ya 3,1% azdır.

Belə ki, 2023-cü ilin sonunda AMB-nin BVF qarşısındakı öhdəliklərinin həcmi 1,212 milyard manat olmuşdu.

Bəhs olunan dövrdə AMB-nin BVF-da cəmi aktivləri 1,129 milyard manat olub ki, bu da, illik müqayisədə 79 milyon manat, yaxud da 6,5% azdır. 2023-cü ilin sonunda bu məbləğ 1,208 milyard manat olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti