...

Aksizlər üzrə büdcə daxilolmaları proqnozdan çox icra olunub

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Aksizlər üzrə büdcə daxilolmaları proqnozdan çox icra olunub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il aksizlər üzrə büdcə daxilolmaları 1,556 milyard manat və ya proqnoza nisbətən 2,7 milyon manat (0,2 faiz), 2023-ci illə müqayisədə isə 103,5 milyon manat və ya 7,1 faiz çox icra olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, aksizlər üzrə daxil olan vəsaitin 86,9 faizi və ya 1351,3 milyon manatı ölkədaxili əməliyyatlar üzrə aksiz vergisinin, 13,1 faizi və ya 204,4 milyon manatı isə gömrük orqanlarının payına düşüb.

Ölkə daxili əməliyyatlar üzrə aksizlər 1,368 milyard manat proqnoza qarşı icra 1,351 milyard manat və yaxud 16,7 milyon manat (1,2 faiz) az, 2023-cü illə müqayisədə isə 123,4 milyon manat (10,0 faiz) çox olub. Daxil olan vəsaitin 49,9 faizi və ya 674 milyon manatı neft sektorunun, 50,1 faizi və ya 677,3 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Neft sektoru üzrə aksizlər 698 milyon manat proqnoza qarşı icra 674 milyon manat və ya nəzərdə tutulduğundan 24 milyon manat (3,4 faiz) az, 2023-cü illə müqayisədə isə 4,6 milyon manat (0,7 faiz) çoxdur. Neft sektoru üzrə kəsrlə icra ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcminin proqnozlaşdırılandan az olması ilə əlaqədar olub.

Qeyri-neft sektoru üzrə aksizlərdən 670 milyon manat proqnoza qarşı daxilolma 677,3 milyon manat və ya nəzərdə tutulduğundan 7,3 milyon manat (1,1 faiz), 2023-cü illə müqayisədə 118,8 milyon manat (21,3 faiz) çox olub.

Qeyri-neft sektoru üzrə aksiz vergisinin 2023-cü illə müqayisədə artması əsasən tütün məmulatları üzrə daxilolmaların artması ilə əlaqədar olubki, bu da tütün məmulatlarının istehsalının 2023-cü illə müqayisədə 4,1 faiz artması və qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq aksiz vergisinin ödənilməsinin aksiz markalarının alınması zamanı həyata keçirilməsi ilə əlaqədardır.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər üzrə 185 milyon manat proqnoza qarşı icra 204,4 milyon manat və ya 19,4 milyon manat (10,5 faiz) çox olub.

İdxalda aksiz vergisi üzrə proqnozdan çox icra olunmasının səbəbi minik avtomobillərinin, dövlət qeydiyyatına alınmalı olan motosikletlərin və avtobusların idxalının proqnozlaşdırılandan daha çox olması ilə bağlıdır. 2023-cü illə müqayisədə azalma hibrid tipli avtomobillərin və yalnız elektrik mühərrikləri ilə hərəkətə gətirilən avtomobillərin idxalında əhəmiyyətli artımın olunması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti