Bakı. Trend:
Azərbaycanda yeni avtomat meteoroloji stansiyalar quraşdırılacaq.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Lab Test” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 985 min manat ödənilib.
Avtomat meteoroloji stansiyaların alınması və quraşdırılması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, işlərin həvalə edildiyi “Lab Test” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin qanuni təmsilçisi Sadıxov Anar Ramiz oğludur.