...

bp bu ölkədə şirkət tarixinin son 25 ildəki ən böyük yatağını kəşf edib

İqtisadiyyat Materials 4 Avqust 2025 15:06 (UTC +04:00)
bp bu ölkədə şirkət tarixinin son 25 ildəki ən böyük yatağını kəşf edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti Santos hövzəsində yerləşən Bumerangue blokunda, Rio-de-Janeyrodan 404 kilometr (218 dəniz mili) məsafədə, 2372 metr dərinlikdə “1-BP-13-SPS” kəşfiyyat quyusunu qazıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, buruq quyusunun ümumi dərinliyi 5855 metr təşkil edib. O yüksək keyfiyyətli, 300 kvadrat kilometrdən çox sahəyə malik, duzaltı karbonat kollektorunda 500 metrlik karbohidrogen layına daxil olub.

“Biz böyük məmnuniyyətlə Bumerangue yatağının kəşfini elan edirik – bu bp üçün son 25 ilin ən iri kəşfidir”, -deyə şirkətin istehsalat və istismar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Bundan başqa, bp şirkəti Bumerangue blokunda 100%-lik paya malikdir. Layihə üzrə məhsul bölgüsü şərtlərinə əsasən müqavilənin idarəedici tərəfi Pre-Sal Petroleo SA şirkətidir. Razılaşmaya görə, 80% kompensasiya nefti və 5,9% mənfəət nefti nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti