Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" iyul ayında 16 milyon sərnişinə xidmət göstərib.
Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 756 nəfər). İyulun 20-si isə 336 702 sərnişinlə ən sakit gün olub.