...

AMB iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 12 Avqust 2025 17:42 (UTC +04:00)
AMB iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Tiko Azərbaycan" və "Greentek Group" MMC-lərə icrası məcburi göstəriş verilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Tiko Azərbaycan" "Greentek Group" MMC-lərə icrası məcburi olan göstəriş verilib", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti