Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir
Məlumata görə, bu göstərici ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.
"Hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb", - deyə məlumatda qeyd edilib.