...

“İsmayıllı-1” KSES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Avqust 2025 11:11 (UTC +04:00)
“İsmayıllı-1” KSES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“İsmayıllı-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismar edildiyi tarixdən cari ilin 1 iyul tarixinədək ümumilikdə 36,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, “İsmayıllı-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) istismara verilməsidən 12 il keçir.

Basqılı derivasiya tipli KSES-in açılışı 2013-cü ilin 14 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub.

İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən və üç hidroaqreqatdan ibarət olan stansiyanın ümumi gücü 1,581 MVt-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti