...

Oktyabr ayı üzrə hava ilə beynəlxalq yük daşımalarına tələbat barədə məlumatlar açıqlanıb

İqtisadiyyat Materials 3 Dekabr 2025 17:34 (UTC +04:00)
Oktyabr ayı üzrə hava ilə beynəlxalq yük daşımalarına tələbat barədə məlumatlar açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin oktyabr ayında yüklərin ton-kilometr göstəricisi (CTK) ilə ölçülən ümumi tələbat 2024-cü ilin oktyabrı ilə müqayisədə 4,1 faiz artıb (+4,8 faiz beynəlxalq daşımalar üzrə).

Trend bu haqda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir.

Bildirilir ki, mövcud yük ton-kilometrləri ilə ölçülən daşıma tutumu ( ASTK) 2024-cü ilin oktyabrı ilə müqayisədə 5,1 faiz artıb (+6,4 faiz beynəlxalq daşımalar üzrə).

Məlumata görə, IATA-nın baş direktoru Uilli Uolş bildirib ki, oktyabr ayında yük hava daşımalarına tələbat illik ifadədə 4,1 faiz artıb:

“Artıq ardıcıl səkkizinci aydır ki, bazar artım nümayiş etdirir və bu dövrdə aylıq yükləmə həcmləri üzrə yeni rekord qeydə alınıb. Asiya – Şimali Amerika istiqamətində azalma altıncı aydır davam etsə də, digər marşrutlar daha güclü dinamika göstərir. İkirəqəmli və ya ona yaxın artım temp­ləri Asiyada, Yaxın Şərq–Avropa, həmçinin Avropa–Asiya istiqamətlərində müşahidə olunub. Bu dəyişikliklər göstərir ki, yük daşımaları seqmenti ABŞ-nin ticarət siyasətinin təsiri altında qlobal təchizat zəncirlərinin yenidən qurulmasına yardım edir. Bu isə xüsusilə önəmlidir, çünki dördüncü rübün pik daşınma mövsümü ərəfəsindəyik”.

Hava ilə yük daşımaları - oktyabr 2025 (2024 oktyabrına nisbətdə %-lə)

Region

Bazar payı

CTK

ACTK

Yüklənmə

Bütün dünya üzrə

100,0

4,1

5,1

47,1 (-0,5 bənd.)

Afrika

2,0

16,6

20,0

41,3 (-1,2 bənd.)

Asiya-Sakit okean

34,3

8,3

7,3

49,6 (0,5 bənd)

Avropa

21,5

4,3

4,3

54,7 (0,0 bənd)

Latın Amerikası - Kariblər

2,9

-2,7

2,8

39,1 (-2,2 bənd)

Yaxın Şərq

13,6

5,7

10,0

46,7 (-1,9 bənd)

Şimali Amerika

25,7

-2,7

0,1

40,9 (-1,2 bənd)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti