...

Azərbaycanda “Dərhal buraxılış” sistemi tətbiq ediləcək

İqtisadiyyat Materials 5 Dekabr 2025 16:51 (UTC +04:00)
Azərbaycanda “Dərhal buraxılış” sistemi tətbiq ediləcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sistemi tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.

Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sisteminin tətbiqi ilə əlaqədar normativ hüquqi bazanın formalaşdırılması, “Dərhal buraxılış” sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması, “Dərhal buraxılış” sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması, “Dərhal buraxılış” sisteminin tam istifadəyə verilməsini həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti