...

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 3% artıb

İqtisadiyyat Materials 10 Dekabr 2025 14:14 (UTC +04:00)
Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 3% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 16,659 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artıb. İstifadə olunmuş investisiyanın 8,421 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5,614 milyard manatı (33,7 faizi) xidmət sahələrinə, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12,987 milyard manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 12,688 milyard manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti