...

Azərbaycanda hotellərdə gecələmələrin sayı artıb

İqtisadiyyat Materials 27 Yanvar 2026 13:12 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4569,5 min olub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Statistikaya görə, ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2614,3 min olub ki, bu da ümumi gecələmələrin 57,2 faizini təşkil edir.

Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti