Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 3,624 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 474,6 milyon manat və ya 15,1% çoxdur.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 3,258 milyard manatını milli valyutada (manat) kreditlər təşkil edib.
Milli valyutadakı yeni kreditlərin 987,8 milyon manatı qısamüddətli, 2,271 milyard manatı isə uzunmüddətli olub.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 366,1 milyon manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 196,6 milyon manatı qısamüddətli, 169,5 milyon manatı isə uzunmüddətli kreditlər olub.
2025-ci ilin yanvarın 1-nə olan göstəricilərlər müqayisədə 2026-ci ilin yanvarın 1-nə milli valyutada qoyulmuş yeni kreditlər 436 milyon manat və ya 15,4%, xarici valyutada qoyulmuş yeni kreditlər isə 38,6 milyon manat və ya 11,8% artıb.
Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları xarici valyutadakıları 2,892 milyard manat və ya 8,9 dəfə üstələyib.
