Bakı. Trend:
Bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bəzi nazirləri müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.
Bunu BƏƏ-nin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli rəsmi səfərlər davam edir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il yanvarın 13-də BƏƏ-yə səfər edib. BƏƏ Prezidenti isə 2025-ci il sentyabr ayında Şuşada, Azərbaycanda olub. 2026-cı il ərzində bəzi nazirlərimiz müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər".
Səfir qeyd edib ki, bu səfərlər investisiya, iqlim və şəhərsalma sahələrini əhatə edəcək və yüksək səviyyəli, yəni nazir səviyyəsində olacaq:
"Əgər zərurət yaranarsa, memorandumların imzalanması da planlaşdırıla bilər. Lakin əsas məqsəd yüksək səviyyəli əməkdaşlıq və qarşılıqlı görüşlərin keçirilməsidir".
