...

Bakı Fond Birjasında QDİ-nin paylanması prosesi aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Sentyabrın 14-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10503715S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişlər iki investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi dəyəri 648 800 AZN təşkil edib. Sifarişlər 90,46% (gəlirlik 11.00 %) və 92,08% (gəlirlik 8,97%) qiymət intervalında təqdim edilib.İstiqraz vərəqələrinin rəqabətli siıfarişi üzrə kəsmə qiyməti - 90.85% (gəlirlik10.50%),orta ölçülmüş qiymət - 91.18% (gəlirlik 10.09%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 374 200 manat məbləğində müəyyən edilib.

.

Xəbər lenti

Xəbər lenti