...

Maliyyə nazirliyinin bir neçə vəzifəli şəxsi işdən kənarlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2007 00:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Maliyyə nazirinin müvafiq əmri ilə nazirirliyin strukturunda işləyən bir neçə vəzifəli şəxs tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Azərbaycan Respublikası Maliyyə nazirliyi setyabrın 7-dən başlayaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin büdcə təşkilatları tərəfindən təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti gücləndirmək mə təkmilləşdirmək məqsədilə qurumun Bakı şəhəri Nəsimi və Yasamal rayonları üzrə maliyyə idarələrində yoxlamalara başlayıb.

Yoxlamanın ilkin nəticəsinə görə xəzinə əməliyyatlarının icrası və onların uçotda əks etdirilməsi işlərində ciddi nöqsanlara yol verildiyi aşhkar edilib və Maliyyə nazirliyi tərəfindən səlahiyyətləri daxilində müvafiq tədbirlər görülməsi ilə bərabər, yoxlamanın obyektiv və bütün sahələri əhatə etməklə aparılmasını təmin etmək məqsədilə bu nöqsanlara yol verilməsində təqsirli hesab edilən bir neçə vəzifəli şəxs yoxlama qurtaranadək maliyyə nazirinin müvafiq əmri ilə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.

Xəbər lenti

Xəbər lenti