...

Avstriyanın iqtisadiyyat naziri Bakıya gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Avstriyanın iqtisadiyyat naziri Martin Bartenşteyn sentyabrın 19-da çərşənbə günü Bakıya gəlib. Bunu Bakıda olan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov söyləyib.

Bartenşteyn Bakıda iqtisadi inkişaf naziri Heydər Babayev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev və əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovla görüşlər keçirəcək.

Nazirin həmçinin hökumət üzvləri ilə də görüşəcəyi planlaşdırılır. Görüşlərdə Azərbaycan və Avstriya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi gözlənilir.

Birinci yarımildə Azərbaycandan Avstriyaya ixrac 1063,2 min dollar, idxal isə 18347 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti