...

Azərbaycan Dövlət Sığorta Nəzarətinin rəhbəri: "Vətəndaşlar sığorta müqaviləsinin şərtləri ilə diqqətlə tanış olmalıdırlar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 13:35 (UTC +04:00)
Azərbaycan Dövlət Sığorta Nəzarətinin rəhbəri: "Vətəndaşlar sığorta müqaviləsinin şərtləri ilə diqqətlə tanış olmalıdırlar"

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin rəisi Namiq Xəlilovla müsahibə.

- Bəzən elə hallar baş verir ki, avtomobil avtomobil sahibinin adına rəsmiləşdirilir və sığorta şirkəti müqaviləni həmin avtomobil sahibi ilə bağlayır, sığortalamaq lazım gəldikdə isə sığorta şirkəti sığorta olunan şəxsə ziyanı ödəməkdən imtina edir və bunu belə izah edir ki, zərərin ödənilməsini tələb edən şəxs sığorta müqaviləsində öz avtomobilinin sürücüsü kimi göstərilməyib. Belə halların baş verməsini necə izah edərdiniz?

- Təəssüf ki, sizin qeyd etdiyiniz hala hazırda çox rast gəlmək olur. Hazırda bir sıra sığorta şirkətləri bu hiyləyə sığorta olunan şəxsə sığorta ödənişini ödəməkdən əsassız olaraq imtina etmək üçün əl atırlar. Sığorta müqaviləsində göstərilir ki, sığorta ödənişi o zaman həyata keçirilə bilər ki, yol-qəza hadisəsi zamanı sükan arxasında müqavilədə göstərilmiş sürücü oturmuş olsun. Belə bir yanaşma tərzi normaldır və təkcə bizim ölkədə deyil, dünyanın bir sıra ölkələrində tətbiq olunur.

Problem bunda deyil. Normal sığorta praktikasında sığortalanmış avtomobilin sahibi olan şəxs eyni zamanda avtomobilin də sürücüsüdür. Bizim ölkədə bəzi insafsız sığorta şirkətləri bu haldan sığorta olunan şəxsləri aldatmaq üçün istifadə edirlər. Onlar sığorta olunan şəxsləri aşağıdakı qaydada aldadırlar: sığorta müqaviləsinin imzalanması zamanı sığorta şirkətinin əməkdaşı vətəndaşdan soruşur: "Sizdən başqa avtomobili kim idarə edəcək" və həmin adları sığorta müqaviləsinə qeyd edir. Təbii ki, vətəndaş öz adını çəkmir və tam düzgün olaraq hesab edir ki, avtomobilin idarə etməyə avtomatik olaraq onun hüququ çatır. Gələcəkdə baş verən sığorta hallarında isə sığorta şirkəti buna əsaslanaraq ödənişi həyata keçirməkdən imtina edir.

- Bəs Dövlət Sığorta Nəzarəti sığorta şirkətlərinin sığorta olunan şəxsləri aldatmasına qarşı necə mübarizə aparır?

- Belə hallarla bağlı şikayət daxil olduğu zaman insafsız sığorta şirkətləri tərəfindən aldadılmış vətəndaşların hüquqlarını müdafiə etmək üçün qanun çərçivəsində mümkün olan bütün tədbirləri görürük. Lakin bir sıra hallarda vətəndaşların hüquqlarını müdafiə etmək bizə müvəffəq olmur, belə ki, vətəndaşlar sığorta müqaviləsini imzalamaqla öz vəziyyətlərini mürəkkəbləşdirirlər.

- Vətəndaşlara belə bir halla üzləşməmək üçün nə məsləhət görərdiniz?

- İlk növbədə, sığorta müqaviləsinin şərtləri ilə diqqətlə tanış olmaq lazımdır. İkinci növbədə isə mütləq sizin adınızın müqaviləyə daxil edildiyinə fikir vermək lazımdır. Mənim verə biləcəyim ən faydalı məsləhət isə bu kimi halların baş verdiyi sığorta şirkətlərinin sığorta xidmətlərindən istifadə etməməkdir. Əgər belə bir halla üzləşmisinizsə, bacardığınız qədər bu barədə daha çox insanlara məlumat verin ki, həmin sığorta şirkətinin öz müştərilərini aldatdığından xəbərdar olsunlar.

Xəbər lenti

Xəbər lenti