Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ 2008-ci ildə Azərbaycanda infilyasiya 12-15 faiz səviyyəsində olacaq. Bu barədə çərşənbə günü "İqtisadi Tədqiqatlar Mərkəzi" Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Qubad İbadoğlu məlumat verib.
Mərkəzin hesablamalarına görə, 2007-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda infilyasiyanın səviyyəsi 19 faiz təşkil edib. Lakin ilin sonuna qədər bu rəqəm 20 faizə çatacaq.
Dünən Azərbaycan Nazirlər Kabinetində 2008-ci ildə Azərbaycanın dövlət büdcə layihəsi müzakirə olunub. 2007-ci il dövlət büdcəsində infilyasiya 9 faiz səviyyəsində proqnozlaşdırılıb. 2008-ci il üçün infilyasiyanın səviyyəsi 12 faiz təşkil edəcək.
İbadoğlunun sözlərinə görə, 2008-ci ildə infilyasiyanın səviyyəsinin artması yüksək büdcə xərcləri ilə izah olunur.
Nazirlər Kabinetidə ölkənin 2008-ci ildə büdcə xərcləri 8 mlrd. manat səviyyəsində müəyyən olunub.
2007-ci il büdcəsinə düzəlişlərdən sonra xərclər 6314,9 mln. manat səviyyəsində müəyyyən olunub.