...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2007 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 26 sentyabr 2007-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500217S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 364 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifarişl 4 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 6 772 000 manat təşkil edib. Sifariş 91.35% (gəlirlik 9.50%) və 89.83% (gəlirlik 11.35%) intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 90.52% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 90.65% (gəlirlik 10.34%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 772 000 manat məbləğində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti