...

Xorvatiya prezidenti: "Avropa birləşməlidir və sərhədləri aradan qaldırmalıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 12:19 (UTC +04:00)
Xorvatiya prezidenti:  "Avropa birləşməlidir və sərhədləri aradan qaldırmalıdır"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ "Avropa İttifaqı (Aİ) qapalı dairə olmamalıdır" - deyə çərşənbə günü Bakıda Xorvatiya prezidenti Stipe Mesiç bildirib.

O qeyd edib ki, Xorvatiya Aİ-yə üzv olmağa can atır və 2010-cu ilə qədər bu quruma daxil olmağı planlaşdırır. Mesiçin bildirdiyinə görə, Avropa birləşməlidir və sərhədləri aradan qaldırmalıdır.

Azərbaycan və Xorvatiya iş adamlarının birgə biznes-forumunda çıxış edən Mesiç Azərbaycan sahibkarlarını, ölkəsi ilə əməkdaşlıq etməyə dəvət edib. "Əgər Azərbaycan digər ölkələrə Xorvatiya vasitəsilə çıxarsa, bu çox gözəl olar" - deyə Xorvatiya prezidenti bildirib.

O, vurğulayıb ki, Xorvatiya vaxtilə Yuqoslaviyanın bir hissəsi olub və keçmiş Yuqoslaviyanın digər ölkələri, o cümlədən, Serbiya ilə çox sıx əməkdaşlıq edir.

O, Xorvatiyanın enerji resurslarının olmadığını və ölkənin bu resursların alınmasında maraqlı olduğunu söyləyib. "Avropa, təhlükəsizliyi təmin etmək və güclü iqtisadiyyata malik olmaq üçün , bir neçə enerji mənbəyinə sahib olmalıdır".

Mesiç, həmçinin əlavə edib ki, Xorvatiya Azərbaycanla, iqtisadiyyatdan tutmuş, hərbi məsələlərə qədər, müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətindədir. O, Azərbaycanlı biznesmenləri ölkənin potensialı, o cümlədən, turizm sahəsinin inkişafı ilə yaxından tanış olmağa dəvət edib.

Xəbər lenti

Xəbər lenti