...

İtaliyanın baş naziri: "Qazaxıstan, Azərbaycan və regionun digər ölkələri Avropa ilə əməkdaşlıqda maraqlıdırlar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 14:12 (UTC +04:00)
İtaliyanın baş naziri: "Qazaxıstan, Azərbaycan və regionun digər ölkələri  Avropa ilə əməkdaşlıqda maraqlıdırlar"

Azərbaycan, Bakı / Trend / Qazaxıstan, Azərbaycan və Xəzər dənizi regionunun digər ölkələri Avropa ilə əməkdaşlıqda maraqlıdırlar. Bu barədə Qazaxıstanda çıxışı zamanı İtaliyanın baş naziri Romano Prodi bildirib.

"Bu gün nəinki Qazaxıstan və Azərbaycan, həmçinin regionun digər ölkələri Avropaya xüsusi diqqət ilə baxırlar. Çünki o, uzunmüddətli iqtisadi və siyasi münasibətlərə zəmanət verir. Bu ölkələr hazırda yaşadıqları qaynar dövrü keçmək üçün, məhz buna ehtiyac duyurlar" - deyə italiyalı baş nazir bildirib.

"Qazaxıstan müstəqil siyasət aparan ölkədir, lakin bununla belə Rusiya, Çin və ABŞ ilə əməkdaşlıq edir. Eyni zamanda, bu ölkə Avropa İttifaqı ilə əməkdaşlıq istəyindədir" - deyə Prodi bildirib.

"Qazaxıstanın kiçik və orta sahibkarlığın inkişafı yolunu seçməsi çətin məsələdir. Belə ki, bu böyük ölkədə kiçik və orta sahibkarlığın xeyrinə bərabərliyin təmin olunması vacibdir. Bu planda İtaliyanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsi Qazaxıstan üçün maraqlıdır" - deyə İtaliyanın baş naziri əlavə edib.

Xəbər lenti

Xəbər lenti