...

Vilnüsdə "GUAM – Litva" biznes-forumu başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün Vilnüsdə Azərbaycan Françayzinq Assosiasiyasının təşəbbüsü və GUAM-ın digər ölkələrinin Françayzinq Assosiasiyaları, həmçinin Litva Sənayeçilər Konfederasiyasının dəstəyi ilə "GUAM - Litva" biznes - forumu baş tutacaq. Bu barədə Azərbaycan Françayzinq Assosiasiyasından məlumat verilib.

Forum Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Litvanın iş adamları və sahibkarlarının iştirakı ilə, GUAM-ın yaranmasının 10 illiyi ilə bağlı tədbirlər çərçivəsində keçiriləcək.

Tədbirlər zamanı, həmçinin www.guamtimes.info internet portalının təqdimatı olacaq.

Biznes-forumda "GUAM+" Biznes- Klubunun yaradılması planlaşdırılır.

Klubun yaradılmasında əsas məqsəd dörd ölkə, həmçinin, GUAM Təşkilatı ilə sıx əməkdaşlıq edən ölkə sahibkarlarının yeni münasibətlərinin yaradılması və inkişafıdır.

Biznes-forumun keçirilməsi GUAM ölkələrinin Xarici İşlər Nazirlikləri tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti