...

Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin rəhbəri: " Azərbaycanın qeyri- rəsmi məskunlaşmış əhalisi köçürülməyəcək" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 16:27 (UTC +04:00)
Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin rəhbəri: " Azərbaycanın qeyri- rəsmi məskunlaşmış əhalisi köçürülməyəcək" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Azərbaycanın Daşınmaz Əmalakın Qeydiyyatı Dövlət Xidməti tərəfindən qeydə alınmayan ərazilərdə məskunlaşan əhali köçürülməyəcək. Bunu çərşənbə günü Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov söyləyib.

"Bu məntəqələr insanların yaşayış sahələridir və onların köçürülməsi nəzərdə tutulmur",-deyə Qaraşov söyləyib. Onun sözlərinə görə, bu məsələ qüvvədə olan Qanunvericilik Aktları ilə tənzimlənəcək ki, buna əsasən də, əmlak qiymətləndirilməli və kompensasiya ayrılmalıdır.

Qaraşov söyləyib ki, Azərbaycanda qeyri- rəsmi sakinlərin sayı digər MDB ölkələri ilə nisbətdə çoxdur, lakin onların dəqiq sayı məlum deyil.

Xəbər lenti

Xəbər lenti