...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Spektr IK" şirkətini, lotereya haqqında qanunu pozduğuna görə, cəzalandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2007 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, "Spektr IK" Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal etdiyi "Kukuruz" adlı qarğıdalı məmulatını QKDK-ya xəbər vermədən stimullaşdırıcı  lotereya ilə satışa buraxıb. Lotereyalar haqqında qanunvericiliyin pozulmasının nəticəsi olaraq, şirkət 220 manat məbləğində cərimə olunub.

"Lotereyalar haqqında" qanuna əsasən, stimullaşdırıcı lotereyanın keçirilməsi barədə məlumatın 5 (beş) iş günü ərzində QKDK-ya təqdim edilməsi vacibdir. Bu haqda "Spektr IK" Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 sentyabr 2007-ci il tarixində Komitə tərəfindən məktub göndərilib, lakin MMC-dən QKDK-ya heç bir məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti