...

Oktyabrda aparılan əməliyyatların həcminə görə dilerlərin renkinqinə "YapiKredi Bank Azerbaijan" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Oktyabrda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) aparılan əməliyyatların həcminə görə dilerlərin renkinqinə "YapiKredi Bank Azerbaijan" başçılıq edib. Şirkət ümumi dəyəri 43.794.783,08 AZN olan diler əməliyyatları həyata keçirib. Bu barədə çərşənbə axşamı Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri, ümumi həcmi 9.475.947,96 AZN olan, diler əməliyyatları aparan "AtaBank" tutub. Bu göstərici birinci yeri tutan dilerin göstəricisindən 34.318.835,12 AZN azdır. Aparılan diler əməliyyatlarının həcminə görə, üçüncü yerdə 7.808.169,64 AZN-lə "AzərTürkBank" qərarlaşıb.

Oktyabrda dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə aşağı düşüb. Belə ki, sentyabr ayında aparılan diler əməliyyatlarının yüksək məbləği 58.243.033,58 AZN olub. Bundan başqa, oktyabrda əməliyyat aparan dilerlərin sayı 5-dən 7-ə yüksəlib.

2007-ci il oktyabr ayı üzrə DQK bazarında aparılan əməliyyatların həcminə görə dilerlərin renkinqi

Əməliyyatların həcminə görə yer Əməliyyatların həcminə görə yer Dilerlər Əməliyyatların həcmi (AZN)
1 1 (-) " Yapi Kredi Bank Azerbaijan " 43 794 783,08
3 2 (^) " AtaBank " 9 475 947,96
4 3 (^) " Azerturkbank " 7 808 169,64
5 4 (^) "AzerigazBank" 1 966 269,14
2 5 (Ў) "Unibank" 1 946 465,90
- 6 (-) "ADB Broker" 28 345,76
- 7 (-) "BoB Broker" 3 044,16

- Sentyabr 2007 - Oktyabr 2007

Xəbər lenti

Xəbər lenti