...

SPECA proqramı Azərbaycanı ÜTT-yə daxil olma prosesində dəstəkləməyə hazırdır – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 18:24 (UTC +04:00)
SPECA proqramı Azərbaycanı ÜTT-yə daxil olma prosesində dəstəkləməyə hazırdır – nazir müavini

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqramının fəaliyyətinin səmərəliliyini artırmaq təklifi ilə çıxış edib. Bu barədə çərşəndə axşamı Azərbaycanın SPECA-nın ötən həftə Müdirlər Şurasının Berlində keçirilən iclasında iştirak edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Nazir müavini eləcə də regional iqtisadi və maliyyə strukturları ilə koordinasiya məsələlərinə daha çox diqqət ayırmağı təklif edib.

"Əsas diqqəti Avropa İttifaqı ilə əməkdaşlığa ayırmaq lazımdır, bu xüsusilə Aİ tərəfindən Mərkəzi Asiya ilə bağlı yeni strategiyanın qəbul edilməsindən sonra daha aktualdır" - deyə Məmmədquliyev qeyd edib.

SPECA proqramı Asiya, Əfqanıstan və Azərbaycan üçün nəzərdə tutulub.

SPECA-nın Müdirlər Şurasının iclasına qədər Almaniyada ticarət üzrə İşçi qrupun iclası keçirilib ki, bu iclasda Azərbaycan ÜTT-yə daxil olmaqda olan ölkələrə yardım etmək təşəbbüsü ilə çıxış edib Nazir müavininin sözlərinə görə, Azərbaycanla yanaşı SPECA-nın altı üzvü artıq ÜTT-yə daxil olmaq mərhələsindədir.

"Azərbaycan tərəfinin bu təklifi qəbul olunub və mən hesab edirəm ki, Azərbaycan təkcə BMT-dən deyil, eləcə də SPECA-nın üzvü olan dövlətlərdən yardım ala bilər" - deyə Məmmədquliyev bildirib. Hazırda Almaniya, ABŞ hökuməti bu istiqamətdə ölkəyə yardım göstərir.

2006-cı ildə SPECA-nın iclası Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti