...

Azərbaycanda yeni süd zavodu tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2007 17:47 (UTC +04:00)
Azərbaycanda yeni süd zavodu tikilir

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Bu həftə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə, Hövsan qəsəbəsində yeni süd emalı zavodunun təməli qoyulub. AİŞ-nin məlumatında zavodun istehsalat gücünün 150 ton olacağı bildirilir. Layihənin 2008-ci ilin II yarısında başa çatdırılması planlaşdırılır. Yeni süd emalı zavodu, ölkədə süd və süd məhsullarının istehsalının və ixracının genişləndirilməsinə böyük təsir göstərəcək. Hövsandakı yeni zavodunun və eyni zamanda, Göyçay rayonunda süd istehsalı zavodunun yenidən qurulması layihəsi 7.8 mln. manata başa gəlib. Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının 2007 - ci il martın 30 da keçirilən iclasında "Milk-Pro" MMC-nin Nizamnamə kapitalında 20% iştirak payı çərçivəsində, 4.6 mln. manat investisiya qoyuluşu barəsində qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti