...

Azərbaycan və Almaniya əməkdaşlığa dair razılaşma imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Dünən Frankfurtda baş tutan Almaniya-Azərbaycan biznes-forumu çərçivəsində iki ölkənin şirkətləri arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Forumun təşkilatçıları Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu-AZPROMO, Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), Frankfurtun Sənaye və Ticarət Palatası və Azərbaycanın Almaniyadakı səfirliyidir.

Forumda iqtisadi münasibətlər, gələcək perspektivlər, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Forumun dekabrın 4-də keçiriləcək ikinci hissəsində hər iki ölkədən olan sahibkarlar arasında bir neçə razılaşmanın imzalanması gözlənilir.

AZPROMO və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunan növbəti biznes-forum dekabrın 4-də Münhendə və dekabrın 5-də Hamburqda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti