Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Araz çayı üzərində Saatlı-Becar mənzilinin 98-ci kilometrliyində yerləşən dəmir yolu körpüsünün təmiri ilə əlaqədar, qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətindən məlumat verilib.
672/671 №-li Bakı-Horadiz sərnişin qatarının hərəkəti 2007-ci il dekabr ayının 9, 10, 11, 12 və 13-ü tarixlərində Bakıdan, dekabrın 10, 11, 12, 13 və 14-ü tarixlərində isə, Horadizdən dayandırılır.
6704,6703 №-li Bakı-İmişli elektrik qatarının hərəkəti 2007-ci il dekabrın 10, 11,12, 13 və 14-də Bakıdan, dekabr ayının 11, 12, 13 və 14-ü tarixlərində İmişlidən müvəqqəti dayandırılacaq.