...

QKO Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 07 dekabr 2007-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10500217S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.Sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 3 008 600 manat təşkil edib. Sifariş 92.28% (gəlirlik 10.49%) qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 92.28% (gəlirlik 10.49%) orta ölçülmüş qiymət - 92.28% (gəlirlik 10.49%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 008 600 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 23 Sentyabr 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti