Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azər-Asiya" Müştərək Sığorta Şirkəti ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiyanın həcmi 30 000 AZN təşkil edir, bir səhmin nominal dəyəri 100 AZN-dir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "AzərİnterTreyd" MMC çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.
"Azər-Asiya" Müştərək Sığorta Şirkəti ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti Bakı Fond Birjasının internet-saytında yerləşdiriləcək.