...

Yanvar-noyabr ərzində Azərbaycan sahibkarlarına 80 mln. manat güzəştli kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ 11 ay ərzində Azərbaycanın 55 şəhər və rayonu üzrə 798 sahibkarlıq subyektinə 82,7 milyon manat güzəştli kredit verilib. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb. Bu məbləğin 12,2 milyon manatını Fondun xəzinə hesabına qaytarılan vəsaitlər təşkil edir. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 27 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. 2007-ci ildə dövlət büdcəsindən sahibkarlığın inkişafına 80 mln. manat vəsait ayrılıb. Bu vəsaitin 6 mln. manat həcmində olan hissəsi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına yönəldilib. Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin verilməsi məqsədilə ayrılan 74 milyon manat vəsait Fondun xəzinə hesabına köçürülüb. Sahibkarlıq subyektlərinə ayrılmış kreditlər sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli-fermer təsərrüfatlarının, turizm infrastukturunun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Layihələrin 77%-dən çoxu regionların payına düşür. 2007-ci ilin ötən dövründə verilən güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində, 14,8 min yeni iş yerinin yaradılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti