...

Azərbaycanın Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə daxilolmaları 50% artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinin verdiyi məlumata görə, yanvar-noyabr ayları ərzində komitə dövlət büdcəsinə proqnozlaşdırılan 702,1 mln. manat ilə müqayisədə 711, 83 mln. manat həcmində gömrük ödəmələri və vergi daxil edib.

Bu göstərici 2006-cı ilin eyni dövrü ilə müqayisədə 239,59 mln. manat və ya 50,73% çoxdur.

2006-cı ildə DGK-nın büdcə ayırmaları proqnozlaşdırılan 505,4 manatla müqayisdə 515,81 mln. manat təşkil edib, bu göstərici ötən ilin analoji dövr göstəricisindən 139,64 mln. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti