...

Azərbaycanın daha bir bankı Visa International-da çip sertifikatlaşdırmasını başa çatdırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 22:30 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend İ.Xəlilova / Azərbaycanın mikromaliyyələşdirmə bankı (AMMB) Visa International-da çip sertifikatlaştırmasını başa çatdırdı. Bunu "Millikart" prosessinq mərkəzinin direktoru Cəlal Orucov deyib. Onun sözlərinə görə, Visanın verdiyi məlumata əsasən artıq yanvar ayından o çip kartlarını buraxmaq iqtidarında olacaq.

Bu günə kimi, AMMB çip kartlarına çevirmək istəyən maqnit və lokal kartlar buraxırdı. İlin axırına kimi bank 10-15 min çip kartı buraxmaq niyyətindədir. Bank 5 min Visa maqnit kartı buraxıb.

Visa sistemində (əvvəl CIBank adlanan) Azerbaijan Senaye Banki çip sertifikatlaşdırması aparlıb.

O həmçinin plastik bazarında işləyir və lokal kartlar buraxır. İlin sonuna kimi buraxılan kartların sayı 20 minə çatdırılacaq.

Çip sisteminə həmçinin AzerturkBank və Debut Bank keçəcəkdir. Onlar "Millikartın" səhmdarları sayılırlar. Orucovun sözlərinə görə, ilkin mərhələdə bu banklar maqnit kartlar buraxacaqlar və paralel olaraq onlar çip sertifikatlaştırmasına keçəcəklər.

"Millikart" vasitəsilə 10 banka xidmət göstərilir. Onların içində Azərdəmsiryolbank, UniBank, Azerbaijan Senaye Banki, AzerturkBank, Debut Bank, Azərbaycanın mikromaliyələşdirmə bankı, Zamin Bank, AF Bank, EuroBank və Atlantbank. Buna baxmayaraq, ASC səhmdarları respublikada fəaliyyət göstərən 46 bankdan 18 bankdır.

Xəbər lenti

Xəbər lenti